MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad şəhərində "Muğan" Ağır Atletika Klubunun yeniyetmələr arasında ağır atletika üzrə açıq birinciliyi keçirilib.

10:38 12.06.2023



 
Sabirabad şəhərində "Muğan" Ağır Atletika Klubunun yeniyetmələr arasında ağır atletika üzrə açıq birinciliyi keçirilib. Yarışda Sabirabad, Masallı və Lənkərandan olan idmançılar medallar uğrunda mübarizə aparıblar. 
 
Yarışda dəvətimlə Gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasilyeva, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Ağır Atletika Federasiya Federasiyasının baş katibi Rizvan Rəsulov, ağır atletika üzrə Avropa çempionu Dadaş Dadaşbəyli və digər şəxslər birinciliyin fəxri qonaqları qismində iştirak etdilər.
 
Maraqlı mübarizə şəraitində keçən turnirdə qaliblər müəyyən edilib, Mirməhəmməd Hüseynli və Sadiq Əliquliyev öz çəkilərində rəqiblərini üstələyiblər. Mükafatçılar medallarla təltif olunublar.
 
"Muğan" Ağır Atletika klubu ilə təkcə Sabirabadda deyil, bütün Mil-Muğan regionunda ağır atletika məktəbinin əsası qoyulub. Məqsədimiz ağır atletika olimpiya idman növünü təbliğ etmək, bu sahə üzrə çempion yetişdirmək, gələcəyin idman mütəxəssislərini hazırlamaq, yeniyetmələrin sərbəst vaxtlarını səmərəli təşkil etməkdir.